Antalyada meşə yanğını başladı

13 May 2024 21:10

Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda meşəlik ərazidə yanğın başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, yanğınsöndürmə briqadası əraziyə cəlb olunub. Yanğının nəzarət altına alınması istiqamətində tədbir görülür.

Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun