Türkiyə Kubokunun final oyunu İstanbulda keçiriləcək

14 May 2024 06:45

"Beşiktaş" və "Trabzonspor" komandaları arasında keçiriləcək Türkiyə Kubokunun final oyununun stadionu bəlli olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.

Onun sözlərinə görə, qarşılaşma İstanbuldakı Atatürk Olimpiya Stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, matç mayın 23-də baş tutacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun