Hindistanda reklam lövhəsi aşdı, ölənlər var

13 May 2024 19:42

Hindistanda reklam lövhəsi aşıb, ölənlər var.

Milli.Az APA-ya istinadən bildirir ki, Mumbayın Ghatkopar şəhərində güclü toz fırtınası zamanı yanacaqdoldurma məntəqəsinin üzərinə nəhəng reklam lövhəsi aşıb.

Onun altında çoxlu sayda adamın qalması ehtimalı var. Polis indiyə qədər 3 nəfərin öldüyünü, 53 nəfərin yaralandığını, 67 nəfərin isə xilas edildiyini bildirib. Xilasetmə işlərinin davam etdiyi qeyd olunub.

Reklam lövhəsi yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşirmiş.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun