Eks-nazirə 24 il həbs verdilər - FOTO

13 May 2024 18:10

Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandık Bişimbayev vətəndaş nikahında olduğu həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

K.Bişimbayev Qazaxıstan Cinayət Məcəlləsinin iki maddəsi ilə təqsirli bilinib.

Xatırladaq ki, o, 2023-cü il noyabrın 9-da qohumu və qətlin baş verdiyi restoranın direktoru ilə birlikdə saxlanılıb.

Onun əmisi oğlu, "Qastro Mərkəzi"nin direktoru Baxıtjan Bayjanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun