Ermənistanın hakim partiyasından olan deputat Hasmik Akopyan itaətsizlik aksiyası keçirən etirazçıları təhqir edib.
Milli.Az unikal-a istinadən xəbər verir ki, deputat bu barədə "Facebook" hesabında yazıb.
"Hörmətli etirazçılar, küçəni zibil qutuları ilə bağlamaqdansa, özünüzü zibil qabına atıb zibil maşını gözləyin. Sizin yeriniz zibillikdədir", - deyə deputat qeyd edib.
O, bir müddət sonra postu silməyə məcbur olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun