İvanişvili sərvətini 400 milyon dollar artırdı

13 May 2024 17:48

Gürcüstanlı iş adamı, "Gürcü arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvilinin var-dövləti 7 milyard dolları ötüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Sputnik Georgia" yayıb.

Bildirilib ki, "Bloomberg"in milyaderlər indeksinə əsasən, 2024-cü ilin əvvəlindən o, sərvətini 400 milyon dollar artırıb.

Məlumata görə, B.İvanişvili bu göstərici ilə dünya üzrə varlılar siyahısında 393-cü yerdədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun