Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir

13 May 2024 17:28

Yunanıstanın Baş naziri Kriakos Miçotakis Türkiyədə səfərdədir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Star" məlumat yayıb.

Qeyd olunub ki, onun təyyarəsi Ankarada Esenboğa hava limanına enib.

Baş naziri Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ankara valisinin köməkçisi Murat Soylu və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan K.Miçotakisi Prezident iqamətgahında qəbul edəcək. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

Liderlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun