«Maybach»dan 6 metrlik super kupe – FOTO

24 May 2010 15:01
Almaniya mətbuatının yazdığına görə, kupe istehsalı "Daimler" şirkətinin fəal dəstəyi ilə həyata keçiriləcək. Uzunluğu təxminən 5,7 metrə çatacaq yeni kupenin hazırlanmasında "Mercedes-Benz"in mütəxəssisləri də işləyəcək.

2 qapılı kupedə arxa oturacaqlar da olacaq. O, 12 silindrlik mühərriklə təchiz ediləcək, maksimal sürəti isə saatda 275 kilometr olacaq.

Nəhayət, yeni "Maybach"ın qiyməti... 650 min avrodan başlayacaq.

Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------