Azərbaycanda bu psixologiya mərkəzi müflis oldu

13 May 2024 17:10

Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi MMC müflis olub.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, MMC müflisləşməsi ilə bağlı məhkəməyə müraciət edib.

Şirkətin müraciətinə Şirvan Kommersiya Məhkəməsində hakim Zaur Abbasovun sədrliyi ilə baxılacaq.

İşin mahiyyəti hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - hüquqi şəxsin müflis olması ilə bağlıdır.

Mərkəzdən İqtisadiyyat.az-a MMC-nin müflis olduğu təsdiqlənib. Qeyd edilib ki, maliyyə durumu qənaətbəxş olmadığı üçün mərkəz fəaliyyətini dayandırır.

Qeyd edək ki, Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin direktoru Aidə Məmmədovadır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun