Xüsusi təyinatlılarımızın Konyadakı təlimlərindən görüntülər - VİDEO

13 May 2024 14:35

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Ankası - 2024" ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkar olunan ekipaj üzvünün yerində sorğulanması və təxliyə edilməsi üzrə fəaliyyətlər uğurla icra olunub.

Qeyd edək ki, mayın 17-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun