Ölkə çempionatında qeyri-adi istefa

13 May 2024 15:04

Braziliya çempionatında qeyri-adi hadisə baş verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Braziliense" klubunun baş məşqçisi Paulo Roberto Santos oyunun fasiləsində istefa verib.

O, "Real"la matçın ilk 45 dəqiqəsindən sonra komandadan ayrılıb. Buna klub prezidentinin komandanın oyununu tənqid etməsi səbəb olub. Paytaxt təmsilçisini ikinci hissəyə komandanın həkimi Jorje Oliva çıxarıb.

Qeyd edək ki, D seriyasının matçının taleyi ikinci hissədə həll olunub. İlk 45 dəqiqəsi qolsuz bitən matçda "Braziliense" 2:1 hesablı qələbə qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun