Ermənilər revanşizm və düşmənçilik fikirlərini bir kənara qoymalıdır - Firəngiz Əlizadə - VİDEO - FOTO

13 May 2024 14:54

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, verilişin qonağı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenlərinin kavaleri, professor, Azərbaydan Milli Elmlər Akademiyiasının müxbir üzvü, UNESCO-nun "Sülh artisti", "Aga Khan Music Awards-2019" mükafatının laureatı Firəngiz Əlizadə olub.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından bəhs edən F.Əlizadə qeyd edib ki, gələcək nəsillər barədə düşünmək lazımdır.

"Biz gələcək nəsillərə nə saxlayacağıq? Ermənilər bu barədə düşünmür. Onlar öz övladlarına nə saxlayır? Düşmənçilik və revanşizm? Onlar artıq bütün bunları bir kənara qoymalıdır. Övladlarımız və nəvələrimiz barədə düşünürüksə, başqa çıxış yolumuz yoxdur", - o deyib.

Xalq artistinin fikrincə, ortaq məxrəcə gəlmək lazımdır.

"Mən həmişə demişəm ki, ziyalılar görüşməlidir. Bilirsiniz, biz 3-4 dəfə görüşmüşük. Sonra onlar müəyyən müsbət dəyişikliklərin müşahidə olunduğunu gördülər və bu, onların xoşuna gəlmədi, onlar bu görüşlərdən imtina etdilər. Çox təəssüf", - o deyib.

Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun