Ruslar ukraynalıların zəif nöqtəsini tapdı

14 May 2024 07:55

Rusiya ordusundan say və silah baxımından geri qalan Ukrayna qoşunları Xarkovun cənubundan Xersona qədər uzanan 1000 kilometrlik cəbhənin müdafiəsinin öhdəsindən gələ bilmir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu avstriyalı hərbi ekspert Franz-Stefan Qadi deyib.

Ekspertin fikrincə, Xarkovdan şimalda yeni bir cəbhə açan Rusiya ordusu Ukrayna cəbhə xəttini daha da uzatmağa və müəyyən hissələrdə irəliləyişi asanlaşdırmağa çalışır:

"Ruslar Ukraynanın indi əziyyət çəkdiyi əsas çatışmazlığın insan resursu olduğunu başa düşdülər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun