Mirzoyan Almatı görüşünü konstruktiv adlandırdı

13 May 2024 13:52

"Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar konstruktiv mühitdə keçib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq ilə birgə mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, proses dəfələrlə qeyd olunan prinsiplərə uyğun davam edir.

Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqlar baş tutub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun