Mirzoyan: Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasında maraqlıyıq

13 May 2024 13:19

Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh razılaşması regionda sabitliyə və uzunmüddətli sülhə xidmət edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib:

"Biz Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasına həm hazırıq, həm də bunda maraqlıyıq. Söhbət həm də dəmiryolu nəqliyyatından gedir. Əlbəttə ki, bu məsələlərin tənzimlənməsi birgə, daha dəqiq qarşılıqlı prinsip əsasında həyata keçiriləcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun