Bakıda silah alverçiləri tutulub

24 May 2010 12:34
Daxili İşlər Nazirliyinidən Milli.Az xəbər portalına verilən məlumata görə, tutulanlar paytaxt sakinləri 35 yaşlı Ramil Məmmədov və 49 yaşlı Arzu Abbasovdur. Onlar 1 ədəd "Makarov" tipli tapançanı satarkən iş başında yaxalanıblar. Saxlanılan şəxslərin silahı hardan alması və hər hansı cinayətdə istifadə edilib-edilməməsi araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb. 

Anar Məmmədov
Milli.Az