Minimum əməkhaqqı ilə bağlı dəyişiklik ola bilər

13 May 2024 10:11

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etməsi tapşırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun