İrəvanda etiraz - 151 nəfər saxlanıldı - YENİLƏNİB - VİDEO

13 May 2024 11:21

11:21

İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 151-ə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

----------
10:54

Ermənistanda 134 nəfər müxtəlif polis bölmələrinə gətirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik-Armeniya"ya ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, adları çəkilən bütün vətəndaşlar dövlət məmurlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə) saxlanılıblar.

----------
09:35


Bu gün səhər saatlarından etibarən İrəvanda vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

Bir qrup etirazçı paytaxtda yollar bağlamağa başlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, artıq saxlanılanlar var.

Qeyd edək ki, bu gün Ermənistan paytaxtında yerləşən Respublika meydanında delimitasiya əleyhinə növbəti etiraz aksiyasının keçiriləcəyi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun