"Xaç atası"ının rejissoru vəfat etdi

13 May 2024 10:17

Amerikalı aktyor və rejissor Rocer Korman vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, rejissor Kaliforniyadakı evində 98 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Korman ilk filmini 1955-ci ildə lentə alıb. O, 1960-cı ildə isə cəmi iki günə 30 min dollara "Kiçik dəhşət dükanı" filmini çəkib.

Aktyorun portfelində 50-yə yaxın layihə daxildir. Tamaşaçılar onu "Xaç atası" və "Quzuların sükutu" filmlərindəki işi ilə tanıyır. 2009-cu ildə kinonun inkişafına verdiyi töhfəyə görə "Oskar" mükafatına layiq görülüb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun