Gerasimovla bağlı hansı qərar veriləcək? - AÇIQLAMA

12 May 2024 23:28

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu vəzifədə xidmətini davam etdirəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Hərbi komponentə gəldikdə (Rusiya Müdafiə Nazirliyinin fəaliyyəti - red), bu təyinat (Andrey Belousovun müdafiə naziri təyinat edilməsi - red.) heç bir şəkildə ordunun mövcud koordinat sistemini dəyişməyəcək. Hərbi komponent həmişə Baş Qərargah rəisinin səlahiyyətində olub. O, fəaliyyətini davam etdirəcək, hazırda bununla bağlı heç bir dəyişiklik nəzərdə tutulmur", - Kreml nümayəndəsi bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun