Xəbər verdiyimiz kimi, Rusiya lideri Vladimir Putin Andrey Belousovu müdafiə naziri vəzifəsinə təklif edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, Belousov əvvəlki hökumətdə Baş nazirin birinci müavini vəzifəsində çalışırdı.
65 yaşlı Belousov Rusiya Elmlər Akademiyasında (1991-ci ilə qədər - SSRİ Elmlər Akademiyası) işləmişdir. 1981-2006-cı illərdə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru, Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Rusiya Federasiyası Hökumətinin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru olub.
2020-ci il aprelin 30-dan mayın 19-dək Mişustinin koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilməsi zamanı Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun