Alabamada min nəfərin olduğu ziyafətdə atışma baş verib, ölənlər və yaralılar var

12 May 2024 22:50

ABŞ-ın cənubundakı Alabama ştatında baş verən atışmada 3 nəfər ölüb, ən azı 12 nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Baldvin dairəsinin müstəntiqi Andre Reyd "WALA-TV"yə bildirib.

Onun sözlərinə görə, silahlı insidentin qeydə alındığı Stokton bölgəsindəki ziyafətdə min nəfər olub. A. Reyid əlavə edib ki, ölənlərin və yaralıların əksəriyyəti gəncdir.

Qeyd edək ki, Stoktonun təxminən 400 nəfər əhalisi var.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun