ATƏT sədri Cənubi Qafqaza bu tarixdə səfər edəcək

12 May 2024 21:50

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqun Cənubi Qafqaza səfərinin vaxtı məlum olub.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ATƏT-in saytından məlumat verilib.

Qeyd olunub ki, 13 may tarixində maltalı diplomat Ermənistana səfər edəcək.

İrəvanda Y. Borq Ermənistanın baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Milli Assambleyanın sədri Alen Simonyan və Ermənistanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşəcək.

ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana da səfəri gözlənilir. Lakin səfərin tarixi barədə məlumat verilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun