HƏMAS İsrailə şiddətli müqavimət göstərir: İki tank vuruldu

12 May 2024 21:30

HƏMAS-ın hərbi qanadı "İzəddin əl-Qəssam" Briqadası Qəzzanın şimalında Cəbəliyyə qaçqın düşərgəsində İsrail əsgərlərinə şiddətlə müqavimət göstərirlər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalında yerləşdirilmiş bəyanatında deyilir.

"Cəbəliyyənin şərqində Əl-Məbhuh bölgəsində düşmən hücumunu dəf edən zaman döyüşçülərimiz "Əl Yasin" tank əleyhinə mərmilərdən istifadə edərək iki İsrail "Merkava" tankını vurublar", - deyə bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun