İrina anası ilə uşaqlıq fotosunu paylaşdı - FOTO

12 May 2024 18:45

Bu gün dünya Beynəlxalq Analar Gününü qeyd edir. Bu münasibətlə ulduzlar təsirli şəkillər paylaşırlar. Milliyyətcə tatar olan rusiyalı model İrina Şeyk də istisna deyil. O, sosial şəbəkədə anası ilə arxiv fotosunu izləyiciləri ilə bölüşüb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, supermodelin anası Olqaya inanılmaz dərəcədə bənzəməsi heç kimin diqqətindən qaçmayıb.

Xatırladaq ki, İrina Şeyk Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində anadan olub. Onun anası rus, atası tatardır. Modelin Tatyana adlı böyük bacısı da var. Valeri Şeyxülislamov mədəndə işləyib. O, İrina cəmi 14 yaşında olarkən ağciyər xərçəngindən vəfat edib. Olqa musiqi müəllimi işləyib. 2005-ci ildə model ABŞ-a köçüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun