Everesti fəth edən nepallı alpinistdən dünya rekordu

12 May 2024 19:50

Nepallı alpinist Kami Rita 29-cu dəfə Everesti fəth edərək, dağa uğurlu qalxma sayına görə özünün müəyyən etdiyi dünya rekordunu yeniləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə alpinistin işlədiyi dağ ekspedisiyası şirkətinin nümayəndəsi məlumat verib.

54 yaşlı alpinist və bələdçisi təxminən 30 nəfərdən ibarət komandanı müşayiət ediblər. Kami Rita ilk dəfə Everest zirvəsinə 1994-cü ildə, 24 yaşında olarkən çıxıb. Bu gün zirvəyə qalxmazdan əvvəl o, rekordla bağlı konkret hədəfinin olmadığını söyləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun