Rusiyada çaya düşən avtobusun sürücüsü tutuldu

12 May 2024 17:36

Sankt-Peterburqun Oktyabrski rayon məhkəməsi körpüdən Moyka çayına düşən avtobusu idarə edən Rəhmətşoh Kurbonovu iki ay müddətinə həbs edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birgə mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.

Qeyd edək ki, hadisə mayın 10-u baş verib. Hadisə nəticəsində avtobusda olan 20 nəfərdən 7-si ölüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun