Ermənistanda yanacaqdoldurma məntəqəsi partladı

12 May 2024 17:29

Ermənistanın Ararat vilayətində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "shamshyan.com" saytı məlumat yayıb.

Hadisənin günorta saatlarında olduğu bildirilir.

Partlayışın baş vermə şəraiti və səbəbləri dəqiqləşdirilir.

Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun