Yollarda görmə məsafəsi məhdudlaşacaq - bu tarixdə

12 May 2024 16:36

Yağıntılı hava ilə əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, mayın 13-də dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun