G20-də bir ilk

12 May 2024 15:49

Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft-qaz şirkətinin kapitallaşması ölkənin ümumdaxili məhsulunun (ÜDM) həcmini ötüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu, "Böyük İyirmilik" (G20) ölkələrində qeydə alınan ilk belə bir haldır.

Bu həftə "Saudi Aramco"-nun kapitallaşması Səudiyyə Ərəbistanının ÜDM-dən 1,7 dəfə çox olub, 1,933 trilyon dollara çatıb. "Saudi Aramco"-nu 379,9 milyard dollarla Cənubi Koreyanın "Samsung" və 82,7 milyard dollarla Argentinanın ticarət nəhəngi "MercadoLibre" şirkəti izləyir. "Samsung"-un kapitallaşması Cənubi Koreyanın ÜDM-nin 22 faizini, "MercadoLibre"-nin kapitallaşması Argentinanın ÜDM-nin 14 faizini təşkil edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun