Kadi, Mahir, Musa "Qarabağ"a qayıdır? - Qurban Qurbanov AÇIQLADI

12 May 2024 15:36

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə oyundan (1:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az offsideplus.az-a istinadən bildirir ki, Q.Qurbanov Kadi Borges, Musa Qurbanlı və Mahir Emrelinin Ağdam komandasına mümkün qayıdışı barədə danışıb.

- Müqaviləsi bitən oyunçularla danışıqlara başlamısız?

- Vaxtımız var. Yüngül danışıqlara başlamışıq. Hər bir halda, sezonun sonunda bilinəcək.

- Komandaya gətirmək istədiyiniz oyunçularla danışıqlar var?

- Danışıqlar var. Amma yekunlaşdırılan yoxdur.

- "Qarabağ" Kadi, Mahiri, Musanı geri qaytarır?

- Heç biri ilə hələ danışığımız yoxdur. 

- Avrokuboklar uğrunda 4 komanda mübarizə aparır. Sizcə, hansı daha şanslıdır?

- Hər birinin şansı eynidir. Maraqlı sonluq olacaq. Hər birinə uğurlar arzulayıram.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun