Donuz böyrəyi köçürülən şəxs öldü

12 May 2024 15:17

ABŞ-da dünyada ilk dəfə donuz böyrəyi köçürülən şəxs ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.

Genetik modifikasiya edilmiş donuz böyrəyi köçürülən 62 yaşlı kişi əməliyyatdan 2 ay sonra həyatını itirib. Massaçusets ştat hospitalından bildirilib ki, Sleyman adlı şəxsin əməliyyat nəticəsində böldüyünə dair əlamət yoxdur.

Qeyd edək ki, bu il martın 16-da Massaçusets ştat hospitalında dünyada ilk dəfə insana genetik modifikasiya olunmuş donuz böyrəyi köçürülüb. Üzərində 69 genetik dəyişiklik aparılmış donuz böyrəyinin köçürülməsi əməliyyatı 4 saat davam edib. Böyrək xəstəliyinin son mərhələsində olan şəxs əməliyyatdan 2 həftə sonra xəstəxanadan evə buraxılmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun