DİN-dən vətəndaşlara xəbərdarlıq - VİDEO

12 May 2024 14:03

Daxili İşlər Nazirliyi vətəndaşlara, o cümlədən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, bununla bağlı nazirlik sosial çarx hazırlayıb.

"Kibertəhlükələr gündən-günə artmaqdadır. Vətəndaşlar kütləvi dələduzluğa məruz qalırlar. Hər bir vətəndaş diqqətli olmalıdır.

Yalan vədlərə inanmayın. Zərərçəkməmək üçün çağırışlara biganə yanaşmayın", - deyə Nazirliyin yayımladığı videoçarxda bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun