Tramp xalqa SÖZ VERDİ: Prezident kimi ilk günümdə...

12 May 2024 13:50

Amerikanın keçmiş lideri Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gəldikdən sonra ABŞ-ın cənub sərhədini bağlayacağını və Meksikadan gələn miqrant axınını dayandıracağını bildirib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə RİA Novosti yazır.

"Yeni administrasiyamın ilk günündə bu işğala son qoyaraq cənub sərhədini bağlayacağam" - Tramp deyib.

Siyasətçi həmçinin ABŞ prezidenti Co Baydenin "müttəfiqləri" adlandırdığı qeyri-qanuni mühacirləri evlərinə - aid olduqları yerə göndərəcəyini vəd edib.

Respublikaçıya görə, Ağ Evə qayıtdıqdan sonra Birləşmiş Ştatlar Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun