Aygün Kazımova ilə İrəm Dəricinin eks sevgilisini nə birləşdirir?

12 May 2024 13:22

Xalq artisti Aygün Kazımovanın Türkiyədə reallaşdırdığı yeni layihəsi məlum olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Pop kraliça həmin layihədə Türkiyənin tanınmış musiqiçisi Genco Ecərlə bir araya gəlib.

Bu barədə Aygün Kazımova rəsmi instaqram səhifəsində paylaşım edib. O, qısaca "Maşallah" 14 may... Yayımda!" şərhini yazıb. 

Qeyd edək ki, Genco türk şou-biznesinin bir sıra tanınmış simaları ilə çalışıb. Onların arasında Hande Yener, İrəm Dərici və digərləri var. Türkiyədə həmçinin ifaçı İrəm Dəricinin keçmiş sevgilisi kimi də tanınır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun