Daha bir ölkədə güclü zəlzələ oldu

12 May 2024 13:10

Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqında 5,4 maqnitudada zəlzələ baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,3 min nəfər əhalisi olan Hiks-Bey şəhərindən 903 km şimalda, zəlzələ ocağı 44 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi elan olunmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun