İsrailin Aşkelon şəhərinə hücum edildi - yaralılar var

12 May 2024 11:44

İsrailin cənubundakı Aşkelon şəhərinə raket hücumu nəticəsində 3 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Times of Israel" nəşri şəhərdə fəaliyyət göstərən "Barzilay" Tibb Mərkəzinə istinadən xəbər yayıb.

Qeyd edilir ki, Qəzzadan atılan raket şəhərdəki evə düşüb. Xəsarət alan 3 nəfər tibb mərkəzinə çatdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun