"Avroviziya 2024"ün qalibinin qələbə sevinci - VIDEO

12 May 2024 09:33

"Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin qalibi bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, İsveçrə müsabiqədə 591 səslə birinci olub. Ölkəni Nemo adlı müğənni "The Code"  mahnısı ilə təmsil edib.

İsveçrə münsif səsverməsində 365 xal toplayıb. 

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyiblər.

Ümumilikdə 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparıb. Azərbaycan da 12 xalı İsveçrəyə verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun