Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulur

12 May 2024 09:03

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, son olaraq iki qarşılaşma gerçəkləşəcək.

Çempionatda sonuncu olacağı dəqiqləşən "Qəbələ" avrokuboklara iddialı "Sabah"ı qəbul edəcək. "Qırmızı-qaralar"ın 20 xalı var. Paytaxt təmsilçisi hələlik 52 xalla 4-cü pillədə qərarlaşıb.

Tur Sumqayıtda başa çatacaq. Şəhərin eyniadlı komandası "Səbail"i sınağa çəkəcək. "Gənclik şəhəri" təmsilçisi 51 xalla 5-ci "dənizçilər" 42 xalla 7-ci sıradadır.

Azərbaycan Premyer Liqası
XXXIV tur
17:00. "Qəbələ" - "Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu

19:30. "Sumqayıt" - "Səbail"
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, daha əvvəl "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Araz-Naxçıvan"ı, "Qarabağ" "Zirə"ni (hər ikisi 1:0) məğlub edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun