AB İsrailin bu tələbini qəbuledilməz adlandırdı

12 May 2024 06:30

AB İsrailin Rəfah sakinlərinin "təhlükəli ərazilərə" köçürülməsi tələbini qəbuledilməz adlandırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel X sosial şəbəkəsində bildirib.

"Biz İsrail hökumətini beynəlxalq humanitar hüquqa hörmət etməyə və Rəfahda quru əməliyyatı keçirməməyə çağırırıq", - o bildirib.

Mişel həmçinin AB-dən humanitar yardımın bölgəyə daxil olmasına icazə vermək üçün sərhəd keçid məntəqələrinin açılması ilə bağlı çağırışları təkrarlayıb.

O, danışıqların davam etdirilməsinin vacibliyini də bəyan edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun