Böyük Britaniya Ukraynaya bu ölkədə müharibə başlayandan bəri ən böyük hərbi yardım paketini təqdim edir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, 500 milyon funt-sterlinqlik yardım paketinə zəruri avadanlıqlar: 4 milyon sursat, 1600-dən çox raket, 400 maşın, o cümlədən 160 ədəd "Husky" zirehli personal daşıyıcısı daxildir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun