"Oğlumdan eşitmədiyim sözləri eşidirəm..."

11 May 2024 14:11

Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkələrdən gileylənib.

Milli.Az xəbər verir ki, "Tiktok"dan narazılığını bildirən sənətçi ölkəmizdə bu sosial şəbəkənin bağlanmasını istədiyini dilə gətirib.

Buna səbəb kimi uşaqlara pis təsir etdiyini deyən sənətçi oğlunun da bundan təsirləndiyini bildirib.

Eşitmədiyi sözləri və hərəkətləri ondan gördüyünü deyən sənətçi narahatlığını ifadə edib.

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun