Ambulansda oksigen balonu partladı, həkimlər yaralandı

11 May 2024 12:11

Türkiyədə təcili tibbi yardım avtomobilində olan oksigen balonu partlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Denizli şəhərinin Merkezefendi qəsəbəsində baş verib. Məlumata görə, təcili tibbi yardım stansiyasında oksigen balonunun dəyişdirilməsi zamanı partlayış olub.

Nəticədə 2 tibb işçisi yaralanıb. Hadisə yerinə yanğınsöndürənlər, həkimlər və polislər cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib, yanğınsöndürənlər ambulansda olan kiçik yanğını söndürüblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun