Çaya aşan avtobusun içindən VİDEO

11 May 2024 11:19

Dünən Rusiyanın Sankt-Peterburq şəhərində körpüdən Moyka çayına aşan sərnişin avtobusunun içindən qəza anını əks etdirən görüntülər yayılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, anın görüntülərini "112" teleqram kanalı yayıb. 

Videodan avtobusun sürücüsünün idarəetməni itirdiyini görmək mümkündür. Avtobus çaya aşdıqda görüntülər yarıda kəsilib. 

Xatırladaq ki, hadisə zamanı 7 nəfər həlak olub. Ümumilikdə avtobusda 20-yə yaxın sərnişinin olduğu bildirilir. Rusiyanın İstintaq Komitəsi qəza ilə bağlı cinayət işi başladıb, avtobusun sürücüsü saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun