Metronun Nəriman Nərimanov stansiyasının yaxınlığındakı əsas yollardan biri təmir edilir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, uzun müddətdir təmir edilməyən və asfalt qatı yararsız hala düşən Əhməd Rəcəbli küçəsində təmirlə əlaqədər sabah saat 08:00-dan mayın 13-ü saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları və ərazidə quraşdırılan yol nişanlarının tələblərinə əməl etmələri xahiş edilir
Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir işlərinin sürətli yekunlaşdırılması üçün lazımı addımlar atılır.
Yol növbəti həftənin birinci günündən etibarən tam şəkildə sürücülərin istifadəsinə veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun