Korrupsiya ilə bağlı hüquqpozmalar üzrə məlumat verən şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair təkliflər hazırlanacaq.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Korrupsiya və şəffaflıq" işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planında əksini tapıb.
Sənəddə Ədliyyə Nazirliyi, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinə noyabrın 1-dək təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun