Samboçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu - VİDEO

10 May 2024 16:50

Serbiyanın Novi Sad şəhərində keçirilən sambo üzrə Avropa çempionatı başa çatıb.

Azərbaycan Sambo Federasiyasından İdman.Biz-ə verilən xəbərə görə, Azərbaycan yığması yarışı 3 medalla tamamlayıb.

2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklərdə Avropa çempionu olub. Sonuncu dəfə böyüklər arasında bu titula 8 il öncə Amil Qasımov yiyələnmişdi. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.

Həmçinin, Rəsul Aydəmirov (98 kq) və Nicat Məmmədli (58 kq) 3-cülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, yarış 11-12 mayda gənclər və yeniyetmələrin Avropa çempionatı ilə davam edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun