PSJ yeni mövsüm formasını təqdim etdi: Mbappe var?

10 May 2024 17:28

PSJ növbəti mövsüm üçün yeni ev formasını təqdim edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Paris klubunun sosial şəbəkə hesablarından yayımlanan videoçarxda Mbappe yer almayıb. Kapitan Markinyoş, Nuno Mendes, Lukas Ernandes və Vitinya yeni dəsti təqdim edən qısa videonun çəkişində iştirak edib.

Buna səbəb PSJ tarixinin ən yaxşı bombardirinin mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməməsidir. O, yayda azad agent kimi klubu tərk edəcək. Bundan sonra Mbappenin "Real" ilə müqavilə imzalayacağı gözlənilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun