Putin Mişustinin namizədliyini irəli sürdü

10 May 2024 10:11

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin yenidən Baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı Dövlət Dumasına təqdimat göndərib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında bildirib

"Prezident Vladimir Vladimiroviç Putin Dövlət Dumasına Mixail Vladimiroviç Mişustinin baş nazir postuna namizədliyi ilə bağlı təqdimat göndərib", - deyə Volodin yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun