Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Şurasının baş katibinin müavini ilə görüşüb
24 May 2010 11:48
"De-yure və de-fakto gender bərabərliyinin təmin olunması" mövzusunda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin 7-ci konfransında iştirak etmək üçün ölkəmizə gələn qonağı salamlayan Mehriban xanım Əliyeva beynəlxalq konfransda iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə Avropa Şurası baş katibinin müavininə minnətdarlığını bildirib. Azərbaycanın birinci xanımı konfransın əhəmiyyətini qeyd etmiş, burada müzakirə olunacaq məsələlərin aktuallığını vurğulayıb.
Mod de Bur Bukikkio Azərbaycanda olmasından məmnunluğunu ifadə edərək Bakıda keçirilən beynəlxalq tədbirin vacibliyindən danışıb.